Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya XİN Lavrovun Fərrux kəndi ilə bağlı dediklərinə düzəliş etdi

Rusiya XİN Lavrovun Fərrux kəndi ilə bağlı dediklərinə düzəliş etdi

Tarix: 9 Iyun 2022 21:51

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında Sergey Lavrovun İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Xocalının Fərrux kəndi ətrafındakı vəziyyətlə bağlı səsləndirdiyi fikirlərə düzəliş edilib.

Lavrovun Fərrux kəndi ilə bağlı ünvanlanan suala cavabı bu cür verilib:

"Qarabağda vəziyyətin deeskalasiyası baxımından müəyyən nəticələr var. Ümid edirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında etimadın artmasına və Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında Fərrux kimi insidentlərin qarşısını almağa kömək edəcək".

Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Xocalı rayonunun Fərrux kəndi ilə əlaqəli vəziyyətin Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası kontekstində nəzərdən keçiriləcəyinə dair fikrini şərh edərkən bildirib ki, Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür.

"Bu proses çərçivəsində Azərbaycan-Ermənistan dövlət sərhədindən kənar hər hansı bir məsələyə, o cümlədən Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərlə bağlı məsələyə baxılması nəzərdə tutulmur", - XİN sözçüsü vurğulayıb.

Qeyd edək ki, Lavrovun əvvəlki çıxışı belə idi:

"Vəziyyətə gəldikdə, rusiyalı hərbçilər və bizim erməni dostlarımız bu barədə yaxşı məlumatlıdır, Rusiya hərbçiləri Qarabağda Fərrux yaşayış məntəqəsi ətrafında vəziyyəti prioritet olaraq nəzərdən keçirir. Bu vəziyyətin deeskalasiyası baxımından "yerdə" müəyyən nəticələr var. Bizdə anlayış var ki, delimitasiya ilə bağlı artıq başlayan predmetli iş çərçivəsində bu məsələlərə baxılacaq və mütləq həll olunacaq".

Azərbaycan XİN Lavrova cavab olaraq "Azərbaycan və Ermənistan tərəfindən təsis edilmiş delimitasiya komissiyalarının fəaliyyəti əvvəlcədən nəzərdə tutulduğu kimi məhz iki ölkənin dövlət sərhədinin delimitasiyası məqsədini güdür" deyə açıqlama yaymışdı.


Etiketlər:  Rusiya XİN Lavrovun Fərrux kəndi ilə bağlı dediklərinə düzəliş etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ