Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

7 ölkə Ukraynaya Aİ üzvlüyünə şərti namizəd ölkə statusu verilməsini təklif edir

7 ölkə Ukraynaya Aİ üzvlüyünə şərti namizəd ölkə statusu verilməsini təklif edir

Tarix: 10 Iyun 2022 09:16

Ukraynanın baş nazirinin müavini Olqa Stefanşina bildirib ki, Aİ-nin 7 ölkəsi Ukraynaya İttifaq üzvlüyünə namizəd deyil, ayrı status verilməsini təklif edir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, Stefanşina bunu Brüsselə səfəri zamanı jurnalistlərə bildirib.

"Ümumilikdə 7 ölkə Ukraynaya şərti namizəd ölkə statusu verilməsini təklif edir. Bunlar Şərqi Avropa və Baltikyanı ölkələr deyil. Lakin faktiki olaraq bu gün 3 ölkə Kiyev üçün yaşıl işıq yandırmaq istəmir" - deyə baş nazirin müavini bildirib.

Bununla belə, Stefanşina konkret ad çəkməyib.

Qeyd edək ki, Avropa İttifaqının 23-24 iyun tarixlərində keçiriləcək zirvə görüşündə Ukraynanın İttifaq üzvlüyünə namizədlik statusu barədə qərar veriləcək.


Etiketlər:  ölkə Ukraynaya üzvlüyünə şərti namizəd ölkə statusu verilməsini təklif edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ