Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2022 10:16
"I Believe I Can Fly" hitinin müəllifi müğənni R Kelli yetkinlik yaşına çatmayanların cinsi istismarı və insan alverinə görə 25 il həbs cəzası ala bilər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, andçılar məhkəməsi artıq R Kellini bu ittihamlar üzrə təqsirli bilib. Prokuror 25 il həbsdə israr edir, vəkillər 17 il həbslə razılaşır.
Qeyd edək ki, R Kelli tərəfindən 12 yaşında cinsi istismara məruz qalan, daha sonra isə onunla ailə quran müğənni Aliya məşhurun barəsində ifadə verib.
Cinayət işi ilə bağlı hökm iyunun 29-da elan olunacaq.