Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanar adaları startaplar üçün “cənnət” olacaq

Kanar adaları startaplar üçün “cənnət” olacaq

Tarix: 10 Iyun 2022 23:06

Sabit iş və daha az vergi. Kanar adalarının hakimiyyət orqanları startapları cəlb etmək və koronavirus pandemiyasından ciddi zərər çəkmiş arxipelaqın iqtisadiyyatını inkişaf etdirmək üçün bu düsturdan istifadə etmək niyyətindədirlər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Kanar adaları xüsusi zonasının (ZEC) prezidenti Pablo Ernandesin sözlərinə görə elm, texnologiyalar və audiovizual fəaliyyətlə məşğul olan innovasiyalı şirkətlər bundan sonra mənfəət vergisi üçün güzəşt əldə etmək məqsədilə arxipelaqın aktivlərinə minimal sərmayə qoymalı olmayacaqlar. Lakin innovasiya şirkətləri keyfiyyətli iş yerləri yaratmalı və həmin yerləri saxlamalıdırlar.

ZEC-də qeydiyyata alınan startaplar İspaniyada qüvvədə olan korporativ vergini 4 faiz dərəcə ilə ödəməli (ölkənin qalan hissəsində 25 faiz əvəzinə), habelə ən azı altı iş yeri yaratmalıdırlar.

Kanar adalarının iqtisadi və vergi rejimi çərçivəsində yaradılmış aşağı vergi dərəcəli ZEC zonası arxipelaqın iqtisadi və sosial inkişafını stimullaşdırmağa, onun istehsal strukturunu şaxələndirməyə xidmət edir.

İqtisadi göstəriciləri Madridin və ya Barselonanın müvafiq göstəricilərindən uzaq olsa da Kanar adaları son illərdə rəqəmsal istedadları cəlb etmiş ikinci əsas regiondur. Bu baxımdan Kanar adaları yalnız Basklar ölkəsindən geri qalır. Milli Statistika İnstitutunun məlumatına görə, 2019-cu ildən cari ilin birinci rübünə qədər bu göstərici 32 faiz artıb, aktiv texniki işçilərin sayı isə 22 min nəfərə çatıb.


Etiketlər:  Kanar adaları startaplar üçün cənnət olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ