Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rəqqasə Oksanadan iddialı açıqlamalar - FOTOlar

Rəqqasə Oksanadan iddialı açıqlamalar - FOTOlar

Tarix: 11 Iyun 2022 16:10

"M.Teatr"nın yaranması münasibəti ilə başda bizim bədii rəhbərimiz, xalq artisti Vidadi Həsənov olmaqla, bütün teatrsevərləri, özümüzü təbrik edirəm. İnanıram ki, bizim uğurlarımız bol olacaq, çünki tamaşalarımız möhtəşəmdir. Bilirsiniz ki, teatr Oqtay Mehdiyevin ifasında "Vidalaşmadan getmə" mono tamaşası ilə fəaliyyətini bərpa etdi. Pyesi də Vidadi müəllim yazıb, tamaşaya da quruluşu o verib. Mən məşqlərdə olmuşam, ona görə də bilirəm ki, tamaşa, oyun və quruluş mükəmməldir. Çox istərdim ki, bu tamaşanı hər kəs izləsin. Tamaşanın ötürdüyü mesaj, siqnal çox böyükdür. Bir insanın ölüm anı yaxınlaşanda sanki xəyalları, onun bütün həyatı, həyatda etmədiyi amma arzuladığı şeylər sanki lent yazısı kimi beynindən keçib gedir. Bütün o hisslər, anlar hamısı bu tamaşada öz əksini tapıb. Düşünürəm ki, Oqtay peşəkar, işini sevən insandır. Tamaşanı izləyə bilməyən tamaşaçılar 11-12 iyun tarixlərində Tbilisi prospekti 76 ünvanında,
"Qanun" nəşrlər evində yerləşən "M teatr" da tamaşaya gəlib baxa bilərlər. Biletlərimiz heç də bahalı deyil, 10 manatdır".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış aktrisa Oksana Rəsulova deyib. O daha sonra əlavə edib.

"Mən belə ab-havada olan teatrları çox sevirəm. Bilirsiniz niyə? Sanki sən aktyorun içinə girirsən, onunla yaxın münasibətdə olursan. O qədər yaxından aktyoru görürsən ki, onu hiss etməyə başlayırsan. Bu bir tamaşaçı kimi mənə zövq verir. Artıq o həyəcanı bir tamaşaçı kimi mən də yaşayıram. Bundan sonra da maraqlı tamaşalarımız olacaq. Mənim iştirakımla "Maraqlı fiqur və ya siçan qadın" tamaşası nümayiş olunacaq. Tərəf müqabilim istedadlı aktyor Ziya Ağadır. Tamaşada bir azərbaycanlı qadının hardan-hara gələcəyi, niyə görə gedəcəyi, kimə görə xoşbəxt yaxud bədbəxt olacağı əks olunacaq. Çox təsirli bir hekayədir. Ümumiyyətlə bu obrazı oynamaq mənim üçün çox çətindir. İkiqat çətindir ki, bu teatr o qədər də böyük deyil, elə oynamalısan ki, insanlar hiss etsin, sənə inansınlar. Sağ olsun Vidadi müəllim, mənə inanıb, güvənib, həmin obrazı mənə həvalə etdi. Vidadi müəllimin mənimlə etdiyi söhbətlər, məşqlər məni daha da həvəsləndirir. Bu mənada çox heyfslənirəm ki, ilk addımlarıma teatrda yox, kinoda başlamışam. Teatr məktəbini keçib, kino sahəsinə addım atan aktyor daha mükəmməldir. Mən belə düşünürəm. Teatr akyoru kinoda çəkiləndə deyirlər ki, bu nə pafosdur? Bu nə oyundur? Bu 100 faiz teatrdan gəlib deyə belədir. Xeyr, əsla! O əgər elə oynayırsa, bacarığı ora qədərdir. Əsl teatr aktyoru pafosla oynamalı deyil. Əgər pafosla oynayırsa onların özünə problem var" deyə Oksana Rəsulova deyib.

Milli.Az


Etiketlər:  Rəqqasə Oksanadan iddialı açıqlamalar FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ