Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndidə “CASUS OYUNU” - L.G. kimdir? - FOTO

Xankəndidə “CASUS OYUNU” - L.G. kimdir? - FOTO

Tarix: 11 Iyun 2022 22:18

Qarabağda separatçı-terrorçu rejim erməni hərbçini casusluq ittihamı ilə həbs edib.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, L.G. olaraq təqdim edilən erməni hərbçinin 2021-ci ilin yanvar ayında sosial şəbəkələr üzərindən "xarici kəşfiyyat xidmətlərinə" hərbi xarakterli məlumatlar ötürdüyü iddia olunur.

İddiaya görə, L.G. hər məlumat qarşılığında 150 dollar ödəniş alıb. May ayına qədər davam edən əməkdaşlıq nəticəsində erməni hərbçinin 1400 dollar qazandığı deyilir.  

Separatçılar "xarici kəşfiyyat xidməti" olaraq Azərbaycanı nəzərdə tutur və istisna deyil ki, fotosunu yaydıqları və L.G. adı ilə təqdim etdikləri "casus", ümumiyyətlə, mövcud deyil.

Bəllidir ki, separatçı-terrorçu rejimin "casus oyunu" Qarabağdakı ermənilərin Azərbaycana inteqrasiya olunmasının qarşısını almağa hesablanıb. Bununla erməni əhalisinə "Azərbaycan haqda istənilən loyal mövqe cəzalandırılacaq" görkünü vermək istəyirlər.


Etiketlər:  Xankəndidə CASUS OYUNU kimdir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ