Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2022 16:40
Xəbər verdiyimiz kimi, iyunun 9-da məşhur müğənni Britni Spirslə nişanlısı Sem Askerinin toyu olub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, cütlüyün Kaliforniyadakı evlərinin həyətində keçirilən məclisində Madonna, Peris Hilton, Selena Qomez, Donatella Versaçe, Dryu Berrimor kimi məşhur ulduzlar iştirak edib.
Maraqlı məqamlardan biri isə rəfiqələrin 2003-cü ildə "Mtv VMA" mükafatlarının verilməsi gecəsindəki öpüşlərini təkrar etmələri olub.
Qeyd edək ki, mükafatlandırma mərasimindəki çıxışda Madonna, Britni Spirs, Kristina Agilera və Miss Elliot birlikdə "Like A Virgin" mahnısını oxumuşdular. Tamaşaçılar şounun sonunda müğənnilərin öpüşməsinə çox təəccüblənmişdilər. Bu öpüş ekspromt idi.