Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fransada parlament seçkilərində kimlər çox səs qazanıb?

Fransada parlament seçkilərində kimlər çox səs qazanıb?

Tarix: 12 Iyun 2022 22:58

Fransada keçirilən parlament seçkilərinin birinci turunda "Yeni Xalq Ekoloji və Sosial Birliyi" (NUPES) solçu koalisiyasının nümayəndələri səslərin əksəriyyətini toplayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "BFM" telekanalı "Elabe" sosioloji xidmətinin səsvermə başa çatdıqdan sonra verdiyi proqnoza istinadən məlumat verir.

Solçu Jan-Lyuk Melenşonun təşəbbüsü ilə yaradılmış NUPES koalisiyasının nümayəndələri 26,2% səs toplayıb. "Birgə!" hakim koalisiyasının namizədləri 25,8 faiz səs toplayıb.

Buna baxmayaraq, Fransada majoritar seçki sisteminin xüsusiyyətlərinə görə, hakim koalisiya parlamentdəki yerlərin əksəriyyətini saxlayacaq.

Milli.Az


Etiketlər:  Fransada parlament seçkilərində kimlər çox səs qazanıb


RƏYLƏR