Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2022 13:02
"Hraparak" qəzeti yazır ki, erməni müxalifətçi, "Müqavimət Hərəkatı"nın lideri İşxan Saqatelyan iki aydır davam edən etiraz aksiyalarına yekun vuracaq və bəyanatla çıxış edəcək.
Sonxeber.net bildirir ki, müxalifət lideri növbəti addımları da bu gün açıqlayacaq. Nəşr qeyd edir ki, etirazçılar bir həftəlik fasilə verəcək, həmçinin əsasən aksiyalarını keçirdikləri Fransa meydanından çadırları yığışdıracaqlar.
Qəzetin yazdığına görə, Saqatelyan parlamentdə hazırkı hakimiyyətə qarşı mübarizəni davam etdirməyi planlaşdırır.
Aslan Məmmədov