Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada müharibədə 318 uşaq ölüb

Ukraynada müharibədə 318 uşaq ölüb

Tarix: 16 Iyun 2022 11:08

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 318 uşaq ölüb, 581 uşaq isə yaralanıb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Ən çox uşaq Donetsk (297 ), Kiyev (116 nəfər), Xarkov (170), Çerniqov (68), Luqansk (53), Xerson (52), Nikolayev (48), Zaporojye (30), Sumı (17) vilayətlərində xəsarət alıb.

Bildirilib ki, Rusiya ordusunun bombardmanı nəticəsində 2000 təhsil müəssisəsinə ziyan dəyib, 208-i isə tamamilə dağılıb.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyatlara başlayıb.


Etiketlər:  Ukraynada müharibədə uşaq ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ