Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 11:45
"Avropa İttifaqı Ukraynada müharibəni dayandırmalıdır. Bu, Ukrayna vətəndaşlarının tam iştirakı ilə baş verməlidir. Ukrayna vətəndaşları gələcək sülhün kontorlarını müəyyən etməlidirlər".
Bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili bu gün "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
"Sabah Gürcüstanda qadınların beynəlxalq konfransı da baş tutacaq. Biz beynəlxalq əməkdaşlığı gücləndirməliyik. Mən bu foruma ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkür edirəm və forumun fəaliyyətində uğurlar arzulayıram", - o vurğulayıb.