Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Binəli Yıldırım: “Zəngəzur dəhlizi açılmalıdır”

Binəli Yıldırım: “Zəngəzur dəhlizi açılmalıdır”

Tarix: 16 Iyun 2022 12:09

"26 il ərzində ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib, nəhayət, Azərbaycan torpaqlarını özü işğaldan azad edib".

Milli.Az bildirir ki, bunu bu gün "Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumunun açılış mərasimində AKP sədrinin müavini, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım bildirib.

Binəli Yıldırım deyib ki, beynəlxalq təşkilatlarda islahatların aparılması artıq bir zərurətə çevrilib: "Biz 40 ildir ki, terrorla mübarizə aparan və böyük bədəllər ödəyən bir ölkəyik. Bu günlərdə Rusiya-Ukrayna müharibəsində avropalı dostlarımızın yaşadığı çətinlikləri 10 ildir ki, yaşayırıq. İnanırıq ki, artıq Avropa bizimlə bağlı terror təhdidini daha yaxşı anlayacaq".

Binəli Yıldırım qeyd edib ki, Zəngəzur dəhlizi də artıq açılmalıdır: "Bu dəhliz Avrpopa və Asiya arasında əlaqənin daha effektiv bərpası, ticarət əlaqələrin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir".

Milli.Az


Etiketlər:  Binəli Yıldırım Zəngəzur dəhlizi açılmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ