Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2022 12:16
Hər gün minə qədər ukraynalı müdafiəçi Donbassdakı döyüşlərdə yaralanır, orta hesabla 200-dən 500-ə qədər ölür.
Sonxeber.net Ukrayna mətbuatına istinadən bildirir ki, bunu Rusiya Federasiyası ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib.
Bundan əvvəl prezident Vladimir Zelenski hər gün 60-100 Ukrayna əsgərinin öldüyünü açıqlamışdı. Araxamiyanın sözlərinə görə, son iki həftə ərzində bu rəqəm xeyli artıb.
Deputat əlavə edib ki, Ukrayna ordusunda bir milyona yaxın insan xidmət edir, daha iki milyonu isə orduya cəlb etmək imkanı var. Araxamiya deyir ki, Ukrayna Silahlı Qüvvələri xüsusilə Donbassda döyüşü davam etdirmək gücünə malikdir.
Rusiya Federasiyası ilə qarşılaşmaq üçün Ukraynada indi silah və sursat yoxdur.
"Bizim hücuma, əks-hücuma keçmək üçün təlim keçmiş adamlarımız var, lakin bunun üçün bizə silah lazımdır", - Araxamiya deyir.
O, həmçinin bildirib ki, Rusiya Federasiyası ilə rəsmi danışıqların dondurulmasına baxmayaraq, telefon dialoqu davam edir: ruslarla həftədə bir və ya iki dəfə əlaqə saxlayırlar.
Araxamiyanın proqnozuna görə, Rusiya Federasiyası 3-4 ildən sonra Qərbin sanksiyalarının təsirini tam hiss edəcək.
Aslan Məmmədov