Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vladiqafqazda ermənilərin linç etdiyi Muradın faciəsi - Millətin əyarı aşağı olanda...

Vladiqafqazda ermənilərin linç etdiyi Muradın faciəsi - Millətin əyarı aşağı olanda...

Tarix: 16 Iyun 2022 19:22

Qafqaza zorla sırınmış ermənilərin nə dərəcədə bəd xislətli tayfa olduğuna az qala, hər gün dönə-dönə əminlik hasil edirsən. Nə deyəsən, əgər material keyfiyyətsiz, yaxud zaydırsa, ondan keyfiyyətli məhsul çıxa bilərmi?

Keçək mətləbə.

Bu günlərdə Rusiyanın Vladiqafqaz şəhərində (Şimali Osetiya) milli zəmində faciəvi hadisə yaşanıb. Erməni mediasının yazdığına görə, 35 yaşlı azərbaycanlı Murad Osmanov taksidə guya mübahisə zəminində onun sürücüsü, 79 yaşlı Sergey Qriqoryanı bıçaqlayıb. Qriqoryanın yaxınları da Osmanovu şöbədə, polis əməkdaşlarının gözü qarşısında (!) linç ediblər. Ona çoxsaylı bıçaq zərbələri vurub, ürəkləri soyumayıb, ardınca güllələyərək amansızlıqla qətlə yetiriblər.

Beləcə, Murad daha çox azərbaycanlı-türk olduğu üçün öldürülüb, nəinki Qriqoryanı bıçaqladığına görə. Əlavə sübut? Buyurun.

Milli.Az yeni müsavat-da dərc olunan məqaləni təqdim edir.

Qətllə bağlı "erməni" adlı ikiayaqlı Edqar Elbekyan Facebook səhifəsində görün fəxrlə nə yazır. Sitat: "Vladiqafqazda bir azərbaycanlının ermənilər tərəfindən məhv edilməsi hadisəsi göstərir ki, identiklikdən qaçmaq olmaz. Dünyanın harasında olursan ol, erməni olduğun üçün türk səni vuracaq. Və sənin seçimin çox sadə olacaq: ya öləcəksən, ya da öldürəcəksən. Sonuncu halda soydaşlarımız ikinci variantı seçiblər. Və bu variantı ermənilər çoxluqda və bir yerdə olanda həyata keçirmək həmişə çox asandır".

Türkə "fontan" vuran nifrəti, qərəzi, qəzəbi gördünüz? Üstəlik, adını bizə qoymaqla bu dığa öz kin-küdurətinə haqq qazandırmağa çalışır. Guya türk də erməni qanına susayıb, harda erməni görür öldürür. Xain xoflu olar axı.

"Dəniz suyunun dadını bilmək üçün damla da yetərlidir" məntiqinə görə, əslində, təəccüblü bir şey yox. Türk soyuna qarşı özündə heyvani nifrət daşıyan, hətta XXI əsrdə belə, zooloji toplum olmaqdan uzaqlaşa bilməyən bir millətdən, lap dəqiqi, aşağı "əyarlı" bir millətdən sivil davranış gözləməyə dəyməz. Ya da azı, bir-iki nəsil dəyişməlidir...

Bu olay və ona reaksiyadan dolayı 2 məqam xüsusi diqqət çəkir.

Əvvəla, statusun müəllifi Edqar Elberyan erməni ekspert çevrəsində tanınan politoloq sayılır. Yəni, bir daha aydın olur ki, qonşu xalqı vəhşi genlərdən qurtulmağa qoymayanlar məhz onun önündə gedənləri, "ziyalı" kəsimidir.

Radikal-revanşist müxalifətin İrəvan aksiyalarında qaldırdığı əsas şüar hansı idi? Əlbəttə ki, "Türksüz Ermənistan!" Fəqət, belə faşist düşüncənin və davranışın altını ən çox kim çəkir? O da ortada - ermənilər!

İkinci mühüm məqam belə irqçi münasibətin Elbekyandan əsla geri qalmayan, faşist xislətli erməni KİV-ləri tərəfindən həvəslə tirajlanmasıdır. Bu KİV-lərdə digər millətə nifrətdən yoğurulan belə tükürpədici statuslar və çağırışlar çoxdan dominantlıq edir.

Diqqət edin, türkə nifrət, ksenofobiya o qədər aşırıdır ki, Murad Osmanovun soyuqqanlıqla öldürülməsini Elbekyan həm də "qətlə yetirildi" kimi yox, "məhv edildi" kimi təqdim edir. Yəni, sanki bu ifadədən də heyvani həzz alır. Amma düşünmür ki, belə iyrənc təqdimat, anormal psixologiya azərbaycanlının qatilinin ya özündən, ya da onun qohumlarından eyni qaydada qisas alınmasını tezləşdirə bilər!

Di gəl ki, normal təfəkkür ermənilərə həmişə yad olub. "Qanı qanla yumazlar" kimi müdrik tövsiyələr də onların leksikonunda mövcud deyil. Odur ki, haqq elədikləri aqibətləri məlum...

O biri yandan yada salanda ki, bu məxluqat İrəvanda 6 metrlik abidəsi ucalan və faktiki, "ibadət yerinə" çevrilən nasist şərəfsizi Qaregin Njdenin soyundandır, yenə "barmağını dişləməyə" dəymir. O Njde ki, "Yer üzündə axırıncı türk lal, kar, kor da olsa, öldürülməlidir!" faşist tezisini erməni xalqı üçün şüara çevirmişdi.

Amma nə olsun. Allah böyükdür. O gec edər, güc edər. Yenə Yer üzündə türklərin sayı artır, ermənilərsə azalır. Çünki paxıl artmaz, yolunu azmış qövm çoxalmaz!..

Milli.Az


Etiketlər:  Vladiqafqazda ermənilərin linç etdiyi Muradın faciəsi Millətin əyarı aşağı olanda


RƏYLƏR