Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenskinin Avropa liderləri ilə görüşü başa çatıb

Zelenskinin Avropa liderləri ilə görüşü başa çatıb

Tarix: 16 Iyun 2022 21:33

Ukrayna Prezidenti Vladimir Zelenskinin Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Mario Draqi və Rumıniya Prezidenti Klaus İohannis ilə Kiyevdə görüşü başa çatıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, görüşdən sonra müvafiq bəyanatı Prezident Aparatının rəhbərinin müavini Andrey Sibiqa açıqlayıb.

"Dörd liderin Kiyevə bu səfəri və danışıqlarımız bir daha sübut etdi ki, bizim əsas gücümüz və ən səmərəli silahımız birlikdir", - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, görüş zamanı tərəflər aşağıdakıları müzakirə ediblər:

Ukraynanın müdafiəsinin davam etdirilməsi və gücləndirilməsi;

Ukraynanın iqtisadi dəstəyinə və müharibədən sonrakı bərpaya tərəflərin yanaşmalarının əlaqələndirilməsi;

Rusiyanın səbəb olduğu ərzaq böhranına qarşı;

Rusiyaya qarşı gələcək sanksiyalar;

Görüşdə həmçinin Avropanın gələcəyi və Ukraynanın Avrointeqrasiya məsələlərinə mühüm diqqət yetirilib.

Zelenski, öz növbəsində, müdafiə üçün prioritet ehtiyacları qeyd edib.

Məlumata görə, Ukraynaya ilk növbədə ağır silahlar, müasir raket artilleriyası və raket əleyhinə müdafiə sistemlərinin göndərilməsi gözlənilir.


Etiketlər:  Zelenskinin Avropa liderləri ilə görüşü başa çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ