Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2022 08:00
"Rusiyaya qarşı iqtisadi sanksiyalar ABŞ üçün ən yaxşı seçim idi və Ukraynadakı vəziyyətə reaksiya verməmək mümkün deyildi".
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu müsahibəsində ABŞ Prezidenti Co Bayden deyib.
Onun sözlərinə görə, sanksiyalar ABŞ-ın maraqları naminə tətbiq edilib, çünki NATO-dakı əsas qüvvə sadəcə vəziyyətdən geri çəkilə bilməz. Bayden Rusiyaya qarşı sanksiyaların tətbiqi qərarını siyasətçi kimi deyil, ali baş komandan kimi verdiyini də vurğulayıb.