Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Whatsapp''ın boşanmalara səbəb olan funksiyasını belə ləğv edə bilərsiniz

''Whatsapp''ın boşanmalara səbəb olan funksiyasını belə ləğv edə bilərsiniz

Tarix: 17 Iyun 2022 17:08

"Whatsapp"da yeni funksiya işə salınacaq.

Sonxeber.net azxəbər-ə istinadla xəbər verir ki, "WhatsApp" iOS və Android istifadəçilərinə təqdim etmək üçün yeni funksiyalar üzərində işləməyə davam edir.

iPhone cihazlarında "WhatsApp"dan istifadə edənlər, yəni "WhatsApp" iOS tətbiqini yükləyənlər çat və ya qruplardan yeni mesajlar alarkən bildiriş ekranında mesaj göndərən şəxsin və ya qrupun şəklini görə bilmirdilər, amma yeni funksiyadan sonra bu mümkün olacaq.

WABetaInfo-nun xəbərinə görə, "WhatsApp" iOS üçün çatlardan və qruplardan yeni mesajlar alındıqda profil şəkillərinin sistem bildirişlərində göstərilməsinə imkan verən yeni funksiyanı sınaqdan keçirib.

Çatlardan və qruplardan yeni mesajlar aldığınız zaman "WhatsApp"ın bildirişlərə profil şəkillərini daxil etməsi bəzi istifadəçilərin xoşuna gəlsə də, əksəriyyət tərəfindən müsbət qarşılanmayıb.

Bəzi istifadəçilər "WhatsApp" bildirişlərindən fotoşəkilləri necə gizlətmək sualına cavab axtarır.

"WhatsApp"da mesaj göndərənin profil şəklini gizlətmək üçün aşağıdakı addım-addım üsula əməl edə bilərsiniz:

-"Whatsapp" tətbiqinə daxil olun.

-Proqrama daxil olduqdan sonra "Parametrlər" üzərinə klikləyin.

-Açılan ekranda "Bildirişlər" seçimini daxil edin.

-Sistemə daxil olduqdan sonra bu ekranda "Mesaj Bildirişləri" başlığının altındakı "Xəbərdarlıqları göstər" düyməsini söndürməlisiniz.

Beləcə, "Whatsapp"dan mesaj gələndə əsas ekranda bildirişlər görünmür və mesajı göndərən şəxsin profil şəkli telefon ekranında görünmür.
 


Etiketlər:  Whatsappın boşanmalara səbəb olan funksiyasını belə ləğv edə bilərsiniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ