Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəbir velosipedçiyə hücum etdi - VİDEO

Bəbir velosipedçiyə hücum etdi - VİDEO

Tarix: 17 Iyun 2022 17:46

Kaziranqa Milli Parkının (Assam, Hindistan) ərazisində yerləşən Haldibari qəsəbəsi yaxınlığında yolun hərəkətli hissəsində quraşdırılan müşahidə kamerası iyunun 14-də yırtıcı heyvanın hücum anını lentə alıb.

Sonxeber.net Rai77-yə istinadən bildirir ki, ağacın arxasında gizlənən yırtıcı velosipedçinin yaxınlaşmasını gözləyib, daha sonra yol istifadəçisinə hücum edib.

Hücumdan sonra bəbir risk etmədi, gözlənilmədən cəngəllikdə itdi və gənc oğlana uğursuz yerdən uzaqlaşmağa imkan verdi.

Daha sonra Kaziranga Milli Parkının Meşə Müdiri (DFO) Rameş Kumar Qoqoi turistləri və yerli əhalini kütləvi daşqınlar səbəbindən yaşayış məntəqələrinin yaxınlığında yemək axtaran vəhşi heyvanların hücumundan qorunmaq üçün ərazidə nəqliyyat vasitələrini saxlamamağa çağırıb.

Aslan Məmmədov


Etiketlər:  Bəbir velosipedçiyə hücum etdi VİDEO


RƏYLƏR