Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2022 07:03
21-ci əsrin sonunda insanlar 130 ilə qədər yaşaya biləcəklər, insan ömrünün son həddi isə 180 il olacaq.
Statistik məlumatların təhlili əsasında bu bəyanatla Kanadanın Monreal Universitetinin HEC Montrealın mütəxəssisləri çıxış ediblər.
Statistika üzrə ekspert, riyaziyyat elmləri namizədi Leo Belzilin başçılıq etdiyi tədqiqatçılar 2100-cü ilə qədər gözlənilən ömür rekordunun qırılacağını irəli sürüblər. Bu rekord indi 1997-ci ildə 122 yaşında vəfat edən fransız qadın Janna Kalmana məxsusdur.
Belzil deyib ki, bəzi sübutlar insan ömrünün yuxarı həddi olmadığını göstərir. Onun sözlərinə görə, "insanın gözlənilən ömür uzunluğu indiyə qədər müşahidə edilmiş və ya tibb sahəsində böyük irəliləyişlər olmadığı halda müşahidə edilə bilən hər hansı bir fərdi ömür müddətindən çox daha uzundur".
Bununla belə, mütəxəssis qeyd edib ki, gözlənilən ömür uzunluğunun artması cəmiyyətdə böyük dəyişikliklərə səbəb olacaq. O, insanların dərin qocalığın yaratdığı xəstəliklərdən əziyyət çəkəcəyinə görə, tibbi xərclərin artımını pis nəticələrdən biri kimi qeyd edib.
Bu, böhranla üzləşəcək pensiyalara və digər sosial təminat proqramlarına da təsir göstərəcək, çünki vergi ödəyicilərinin sayı nisbətən az olduqda, daha çox insan dövlətin köməyinə arxalanacaq.
Cənubi Kaliforniya Universitetinin professoru Eylin Krimmins Leo Belzil ilə razılaşıb və orta ömür uzunluğunun artması nəticəsində insanların həyatının necə olacağı ilə bağlı bir neçə fərziyyə səsləndirib.
"İnanılmaz tibbi ödənişləriniz olacaq. Sağlam qalmaq üçün ciddi (cərrahiyyə) müdaxilələrə getməli olsanız, bu, inanılmaz dərəcədə bahalı olacaq. Bütün dizləri, kalçaları, buynuz qişalarını və ürək qapaqlarını əvəz etmək lazım olacaq. Biz yəqin ki, bunu edə bilərik. Bu, köhnə maşını işlək vəziyyətdə saxlamağa bənzəyir. Amma sonda hər şey ölümlə nəticələnəcək", - Krimmins deyib.