Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bolqarıstanın ekologiya naziri koronavirusa yoluxub

Bolqarıstanın ekologiya naziri koronavirusa yoluxub

Tarix: 18 Iyun 2022 20:22

Bolqarıstan baş nazirinin iqlim siyasəti üzrə müavini, ətraf mühit və su ehtiyatları naziri Borislav Sandov koronavirusa yoluxduğunu açıqlayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə o, feysbuk sosial şəbəkəsində yazıb.

Baş nazirin müavini xəstəlik səbəbindən parlamentdə iyunun 21-nə təyin edilmiş hökumətə etimadsızlıq səsverməsi ilə bağlı dinləmələrdə iştirak edə bilməyəcək.

"Kiril Petkovun rəhbərlik etdiyi hökumətin bir hissəsi olmaqdan qürur duyuram. Məni qıcıqlandıran yeganə şey odur ki, bu gün mənə COVID-19 diaqnozu qoyulduğu üçün gələn həftə həmkarlarımın yanında ola bilməyəcəm", - nazir qeyd edib.

Milli.Az


Etiketlər:  Bolqarıstanın ekologiya naziri koronavirusa yoluxub


RƏYLƏR