Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2022 08:18
İsveç və Finlandiyanın NATO-ya mümkün daxil olması ilə bağlı müzakirələrin vaxtı yalnız alyansın iyunun sonunda keçiriləcək sammiti ilə məhdudlaşmır.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu "Əl-Ərəbiyyə" Türkiyə prezidentinin müşaviri İbrahim Kalına istinadən xəbər verir.
"Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyü ilə bağlı müzakirələri davam edəcək, lakin alyansın gələn həftə Madriddə keçiriləcək zirvə toplantısı hər hansı qərarın qəbulu üçün son tarix deyil", - Türkiyə prezidentinin sözçüsü bildirib.
Kalın həmçinin bildirib ki, Türkiyə PKK teror təşkilatının fəaliyyəti ilə bağlı İsveçdən təcili addımlar gözləyir.