Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Toyda “Laçınım” mahnısının üstündə qan töküldü

Toyda “Laçınım” mahnısının üstündə qan töküldü

Tarix: 22 Iyun 2022 11:10

Mingəçevir şəhərində Altun şadlıq sarayında keçirilən toy mərasimində dava olub.  

Sonxeber.net Bizim.Media-ya istinadən bildirir ki, hadisə Samux küçəsində yerləşən Altun şadlıq sarayında keçirilən toy mərasimində baş verib.  

Toyda "Laçınım" mahnısının ifaçılar tərəfindən yarımçıq saxlanılması münaqişəyə səbəb olub. 

Toyda sərxoş vəziyyətdə olan iştirakçılardan biri ifaçıları söyüşlə təhqir edib. Nəticədə mübahisə və münaqişə yaranıb. Musiqiçilərdən biri - saz ifaçısı əl nayihəsindən kəsici alətlə kəsilmiş-deşilmiş yara xəsarətləri alıb.  

Sonra şadlıq sarayı ərazisinə iki avtomobildə müxtəlif kəsici alətlərlə yaralı ifaçının yaxın adamları yetişib. Davanı məclis iştirakçıları yatırmağa çalışıb. 

Polisin çevik hadisə yerinə yetişməsi bəzi hadisə işrirakçılarını qaçmağa vadar etsə də, polis əməkdaşları yollarını kəsərək onları saxlayıb. Toy sahibi də daxil olmaqla, münaqişə iştirakçıları polis şöbəsinə aparılıb. 

Mingəçevirdə şadlıq sarayında baş vermiş xoşagəlməz hadisəyə DİN Mətbuat Xidməti Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov aydınlıq gətirib:

"Toy məclisində birinə kəsici alətlə yüngül xəsarət yetirməklə məclisdə münaqişəyə yol açan və  hadisəni törətməkdə şübhəli bilinən şəxs şəhər polis əməkdaşları tərəfindən saxlanılaraq təhqiqat qrupuna təhvil verilib". 

Faktla bağlı araşdırma aparılır. 


Etiketlər:  Toyda Laçınım mahnısının üstündə töküldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ