Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BDU-nun tələbəsi dənizdə batıb

BDU-nun tələbəsi dənizdə batıb

Tarix: 22 Iyun 2022 11:32

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin sonuncu kurs tələbəsi Səfər Niftaliyev bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Universitetdən Sonxeber.net-a verilən xəbərə görə, dənizdə batan Səfər Niftaliyevin meyiti bu gün səhər saat 5 radələrində tapılaraq ailəsinə təhvil verilib:

"O, kollecin Tələbə Gənclər Təşkilatının sədr müavini və çox aktiv tələbə olub. Tələbəmizin vaxtsız vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk".

Allah rəhmət eləsin!


Etiketlər:  tələbəsi dənizdə batıb


RƏYLƏR