Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2022 12:54
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bəyan edib ki, "havaya normadan artıq tullantı atan və atmosferi kanserogen maddələrlə çirkləndirən ictimai-iaşə obyektlərinə, restoran və şadlıq saraylarının sahiblərinə dəfələrlə xəbərdarlıq edilib. Ancaq buna məhəl qoymayanlar da az deyil. Belə halların qarşısını almaq üçün ölkə ərazisində növbəti monitorinqlər həyata keçiriləcək. Qaydalara əməl etməyənlərə iyulun 1-dək vaxt verilib.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, restoran və şadlıq şaraylarında növbəti monitorinqlər keçirləcək.Qaydalara əməl etməyən şəxslər cərimə ediləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının keçirəcəyi monitorinqlər həm paytaxda,həm də bölgələrdə yerləşən restoran və şadlıq şarayların əhatə edəcək. Nazirliyin mətbuat katibi İradə İbrahimovanın sözlərinə görə, növbəti dəfə yoxlamaların keçirilməsində məqsəd havaya normadan artıq tullantı atan və atmosferi kanserogen maddələrlə çirkləndirən ictimai-iaşə obyektlərinə hələ də rast gəlinməsidir.Baxmayaraq ki,həmin restoran və şadlıq saraylarının rəhbərlərinə dəfələrlə xəbərdarlıq edililib.
İradə İbrahimova deyir ki,bu vaxta qədər keçirilən monitorinqlər öz nəticəsini verib.Demək olar ki,içtimai-iyaşə obyetlərinin çoxunda atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün təmizləyici qurğular quraşdırılıb.Ancaq hələ də bəzi sahibkarlar var ki,həmin qurğulara vaxtı-vaxtında qulluq göstərmədiyindən müəyyən problemlər ortaya çıxır.Elə bu monitorinqlərin keçirilməsinin əsas səbəblərindən biri də bu halların qarşısını almaqdır.
Qaydaları pozan fiziki şəxslər 300 manatdan 700 manatadək, vəzifəli şəxslər 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər isə 7500 manatdan 10 000 manatadək cərimə edilir.