Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yunus Oğuza I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində TÜRKSOY tərəfindən "Çingiz Aytmatov" medalı təqdim edildi

Yunus Oğuza I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində TÜRKSOY tərəfindən

Tarix: 22 Iyun 2022 17:54

Bu gün Azərbaycan Yazıçılar Birliyində 26-28 may tarixlərində keçirilən I Türk Dünyası və Ədəbiyyat Festivalının iştirakçıları və festivalın təşkilində əməyi keçən şəxslər mükafatlandırılıb.

Milli.Az olaylar.az-a istinadla xəbər verir ki, tədbirdə ki, bir sıra yazıçı-publisist, media nümayəndələri, tələbələr və ASAN Xidmət könüllüləri müxtəlif kateqoriyalar üzrə mükafatlandırılıb.

Tədbir dəyərli xalq yazıçımız Anarın çıxışı ilə başlayıb. O iştirakçılara festival müddətində göstərdikləri xidmətə görə təşəkkür edib və Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri və I Türk Dünyası və Ədəbiyyat Festivalının təşkilatçısı Xəyal Rzaya "Bəxtiyar Vahabzadə" mükafatını təqdim edib.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, yazıçı-publisist Rəşad Məcid, tənqidçi  İntiqam Qasımzadə, Nizami Tağısoy Türksoy tərəfindən "Molla Pənah Vaqif" medalı, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, yazıçı-publisist Yunus Oğuz "Çingiz Aytmatov" medalı, gənc şair Ramil Əhməd "Aşıq Veysəl" medalı ilə təltif olunub.

Daha sonra tələbələr I Türk Dünyası və Ədəbiyyat Festivalında iştiraka görə sertifikatlarla mükafatlandırılıb.

Sonda xatirə şəkli çəkilib və tələbələrə yazıçı Anarın kitabları hədiyyə edilib.

Milli.Az


Etiketlər:  Yunus Oğuza I Türk Dünyası Ədəbiyyat Kitab Festivalı çərçivəsində TÜRKSOY tərəfindən Çingiz Aytmatov medalı təqdim edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ