Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Fermer subsidiyanı ala bilmədiyini iddia edir - VİDEO

Fermer subsidiyanı ala bilmədiyini iddia edir - VİDEO

Tarix: 23 Iyun 2022 17:16

''Əvvəlki illərdən fərqli olaraq bu il taxıl sahəmdə məhsudarlıq aşağıdır. Dövlətin ayırdığı subsidiyanı ala bilmədiyimdən bitkiyə aqrotexniki qulluq göstərə bilməmişəm''. Bu iddia ilə cəlilabadlı fermer çıxış edib. Onun sözlərinə görə vəsait olmadığından indi də seyrək çıxış vermiş taxılı biçdirə bilmir. Dövlət Aqrar İnkişaf Mərkəzindən fermerin iddialarına münasibət bildirilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, cəlilabadlı fermer dövlət tərəfindən ona ayrılmış subsidiyanı iki ildir ala bilmədiyini iddia edir. 

Osandıq Tağıyevanın sözlərinə görə subsidiya ala bilmədiyi üçün taxıl sahəsinə nə mineral gübrə verə bilib, nə də vaxtında aqrotexniki qulluq  göstərə bilib. Fermer iddia edir ki, məhz bu səbəbdən taxıl sahəsində məhsuldarlıq əvvəlki illərlə müqayisədə aşağıdır, bu il sünbül seyrək çıxış verib. Fermerin sözlərinə görə vəsait olmadığından taxılı biçdirə bilmir.

Eyni təsərrüfatda çalışdıqlarını bildirən övladı Kamil Nəziyevin iddiasına görə əvvəllər ildə 210 manat subsidiya alırmışlar. Həmin vəsaitlə sahəyə gübrə verirmişlər, həm də taxılı biçdirirmişlər. Amma bu il problemlə üzləşiblər. 

Məsələ  ilə  bağlı  Cəlilabad rayon Dövlət Aqrar İnkişaf  Mərkəzindən bildirilib ki, Osandıq Tağıyevanın subsidiya ala bilməməsinin səbəbi mülkiyyətində olan torpaq sahəsinin hüquq müəyyənedici sənədinin olmamasıdır. ''Fermer Əmlak  Məsələləri Dövlət Xidmətinə müraciət edərək mülkiyyətə dair çıxarış əldə etməlidir. İki il əvvələ qədər subsidiyaları ərazi icra nümayəndəliklərinin arayışına əsasən almaq olurdu. 2019-2020-ci ildən etibarən hüquq müəyyənedicisənədlərlə bağlı məlumatlar Elektron kənd təsərrüfatı informasiya sisteminə daxil edilməlidir. Yalnız bundan sonra fermerə subsidiyalar təqdim edilir''-deyə mərkəzdən qeyd edilib.

Milli.Az


Etiketlər:  Fermer subsidiyanı ala bilmədiyini iddia edir VİDEO


RƏYLƏR