Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Son nəfəsdə olduğumu hiss edirəm”

“Son nəfəsdə olduğumu hiss edirəm”

Tarix: 24 Iyun 2022 15:45

"Oskar" mükafatına sahib superulduz Bred Pitt karyerasının sonunu proqnozlaşdırır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə GQ jurnalında dərc olunan yeni məqalədə məlumat verilib.

"Son nəfəsdə olduğumu hiss edirəm", - deyə 58 yaşlı Hollivud ulduzu qeyd edib.

"Bu, son semestr və ya trimestrdir. Fikirləşirəm ki, bu bölmədə nə olacaq və onu necə düzənləmək istəyirəm", - deyə o əlavə edib.

Bred Pitt kino karyerasını dərhal bitirmək fikrində deyil. O, avqustda ekranlara çıxacaq David Leytç və Soninin "Güllə-qatar" blokbasterində rol alacaq. Burada Pitt emosional tükənmişlikdən sonra riskli işinə qayıdan, Tokiodan Kiotoya gedən qatardakı qatil rolunu oynayır.

O, Sandra Bullok, Aaron Teylor Conson, Bad Banni, Coi Kinq, Zazi Bits, Loqan Lerman, Brayan Teyri Henri, Maykl Şennon, Karen Fukuhara və digər məşhur aktyorların da daxil olduğu aktyor heyətinə rəhbərlik edir.

Milli.Az


Etiketlər:  Son nəfəsdə olduğumu hiss edirəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ