Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyun 2022 16:00
Yer pulu ödəmirlər, nəqliyyat xərclərindən azaddırlar. Qiymətləri isə özləri müyyənləşdirir. ''Kənddən şəhərə'' yarmarkaları artıq bir neçə həftədir ki , başlayıb. Bəs bu yarmarkalarda məhsullar bazardakı qiymətlərdən ucuz təklif edilirmi ?
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, ''Kənddən Şəhərə'' yarmarkalarında məhsullarının qiyməti ənənəvi bazarlardakı qiymətlərdən 20-30 faizə qədər ucuz təklif edilir.
Bu yarmarkaların təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Amma son iki ildə pandemiya səbəbindən yarmarkaların fəaliyyəti dayandırılsa da artıq bir aydır yenidən təşkil olunur. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov deyir ki, yarmarkalarda fermerlər üçün iştrak ödənişsiz olduğundan satılan məhsulların qiyməti, ənənəvi bazarlardakı qiymətlərdən, alıcılara nisbətən ucuz təkilif edilir.
Bəs yarmarkada fermerin satdığı məhsulun qiyməti necə tənzimlənir?.
Qeyd edək ki, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçirilir. Yarmarkalarda satışa çıxarılan məhsulların kəyfiyyətinə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət olunur.