Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tahir İmanov meyvə ala bilməyən deputatı lağa qoydu: 250 minlik “Bentley”, yoxsa 8 manata gilas? - VİDEO

Tahir İmanov meyvə ala bilməyən deputatı lağa qoydu: 250 minlik “Bentley”, yoxsa 8 manata gilas? - VİDEO

Tarix: 24 Iyun 2022 17:20

"Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Azərbaycanın Əməkdar artisti Tahir İmanov deputat Fəzail Ağamalının "İmkan edib, təzə meyvələrdən ala bilmədim" açıqlamasına ironik yanaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Tahir İmanov deputatı parodiya edərək sosial şəbəkədə video yayımlayıb.

Əməkdar artist videoda deputatı ələ salaraq telefon zənglərini cavablayırmış kimi yamsılayıb. Gələn zənglərdə ona ünvanlanan sualları cavablayaraq: "Bentley" alırsan? Neçəyədir? 250 min? Yaxşı, al" desə də, bir digər zəngdə isə "başın xarab olub, 8 manata gilas olar?! Mənə 8 manata gilas lazım deyil. Məni bankrot etmək istəyirlər", - deyərək lağa qoyub.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az


Etiketlər:  Tahir İmanov meyvə ala bilməyən deputatı lağa qoydu 250 minlik Bentley yoxsa 8 manata gilas VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ