Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2022 09:16
Rusiyanın Federal Antiinhisar Xidməti iyulun 1-dən "Qazprom" və onun törəmə şirkətləri tərəfindən istehsal olunan qazın topdansatış qiymətlərini təsdiqləyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə hüquqi informasiya portalında məlumat verilib.
Bildirilir ki, sənaye müəssisələri üçün qaz 5% bahalaşacaq.
Ən yüksək qiymət Adıgeya, Dağıstan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Çeçenistan, Krasnodar və Stavropol diyarları üçün müəyyən ediləcək. Burada qiymət 1000 kubmetr üçün 5413 rubl müəyyən edilib.
Ən aşağı qiymət Yamalo-Nenets Muxtar Dairəsi üçün təsdiqlənib. Burda isə tariflər 1000 kubmetr üçün 2907 rubl.
Moskva və Moskva vilayətinin müəssisələri 1000 kubmetr üçün 5303 rubl, Sankt-Peterburq və Leninqrad vilayətinin müəssisələri isə hər biri 5115 rubl ödəyəcək.