Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Snayperdən atəş, teatrda qətl, “mən sizin atanızam” - Onlar necə öldürüldü?

Snayperdən atəş, teatrda qətl, “mən sizin atanızam” - Onlar necə öldürüldü?

Tarix: 26 Iyun 2022 10:38

Heç kimə sirr deyil ki, tarix boyu bir çox dövlət başçılarına və rəsmi şəxslərə qarşı müxtəlif formada sui-qəsdlər həyata keçirilib. Onların arasında öldürülənlər, möcüzə nəticəsində qurtulanlar da var. O da tarixi faktdır ki, ən çox terrora məruz qalanlar ABŞ prezidentləri olub. Bu mövzuya qayıdacağıq. Hələliksə, ən səsli-küylü sui-qəsdlərdən danışaq. 

1970-ci ildə Camal Əbdül Nasirin ölümündən sonra Misirin prezidenti postuna yiyələnən Ənvər Sadat 1981-ci ildə radikal islamçılar tərəfindən qətlə yetirildi. Onun cəsədində 72 güllə izi aşkarlanmışdı. 

Bəşir Cəmayil 1982-ci ildə Livanın dövlət başçısı seçilmiş, amma düz 20 gün sonra avtomobilinin partladılması nəticəsində öldürülmüşdü. Bu sui-qəsdin sifarişçisi kimi Suriya göstərilmişdi. 

Hindistanın xanım baş naziri İndra Qandi 1984-cü ildə şəxsi cangüdəni tərəfindən öldürülmüşdü. Onun ölümündən 7 il sonra baş nazir vəzifəsinə gələn oğlu Raciv Qandi də sui-qəsd nəticəsində həyatını itirmişdi. 

İtaliyanın baş naziri Aldo Moro terrorçular tərəfindən qaçırılmış və 1978-ci ildə Romada öldürülmüşdü. Təəccüblüdür ki, qətlin əsl səbəbkarları hələ də bilinmir. 

Roma Papası II İohann Pavel 1981-ci ildə Müqəddəs Pyotr meydanında silahlı sui-qəsdə uğramışdı. Amma həkimlər onu həyatını xilas etməyi bacardılar. Mehmet Ali Ağca sui-qəsdi təkbaşına etdiyini bildirsə də, sonradan Bolqarıstanın xüsusi xidmət orqanın hadisədə əli olduğu iddiası ortaya atıldı. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, İsveçin baş naziri Ulof Palme 1986-ci ildə kinoteatrdan çıxarkən silahlı hücum nəticəsində qətlə yetirilmişdi. Palmenin öldürülməsinə səbəb kimi onun anti-Amerikan baxışları göstərilir. 

Liviyanın devrilmiş lideri Müəmmar Qəddafinin 2011-ci il oktyabrın 20-də öldürülməsi kadrları hələ də yaddaşlardadır. Qəddafinin ölümü ilə bağlı versiyalar arasında ən maraqlısı onun boğularaq qətlə yetirilməsi ilə bağlıdır. Məlumata görə, Qəddafi üsyançıların Sirt şəhərinə hücumu zamanı hər iki ayağından və başından yaralansa da, qaçmağa çalışırmış. 

Keçmiş Rumıniya diktatoru Nikolay Çauşeski də hakimiyyətdən qiyam yolu ilə devrildikdən sonra həyat yoldaşı ilə birlikdə 1989-cu ildə üsyançılar tərəfindən güllələnib. Çauşeskilər Buxarestdəki hərbi qəbiristanlıqda dəfn olunublar. 

Faşist lider Adolf Hitlerə qarşı onlarla sui-qəsd təşkil edilib. Almaniya xüsusi xidmət orqanları Hitlerə qarşı 50 sui-qəsdin təşkil edildiyini bildirirlər. Amma sonucda özü intihar edir. 

1995-ci ildə və daha sonra Gürcüstan prezidenti Eduard Şevarnadzeyə iki dəfə sui-qəsd təşkil edilmişdi. O, hər ikisindən sağ çıxmışdı.

Yuxarıda qey etdiyimiz kimi ən çox-sui qəsdə məruz qalan ABŞ prezidentləri olub. Bu ölkənin tarixində ilk dəfə prezident Endryu Ceksonu öldürmək istəyiblər. 1835-ci il yanvarın 30-da Kapitoli binasının yaxınlığında naməlum şəxs atəş açmaq üçün prezidentə yaxınlaşan zaman dərhal yaxalanıb. O, ifadəsi zamanı prezidenti məhz işsiz qaldığı üçün öldürmək istədiyini bildirib. 

1865-ci aprelin 12-də ildə prezident Avraam Linkoln teatrda tamaşaya baxarkən aktyor Con Uilks But tərəfindən qətlə yetirilib. 

Ceyms Abram Qarfild 1881-ci il seçkilərində Respublikaçılar Partiyasının namizədi olaraq çox az səs fərqi ilə ABŞ-ın 20-ci prezidenti seçilmişdi. Vəzifəsinin icrasına başladıqdan 4 ay sonra Vaşinqton vağzalında əsəb xəstəsi olan Çarls Gito tərəfindən öldürülüb. 

ABŞ-ın 35-ci prezidenti Con Kennediyə 22 noyabr 1963-cü ildə sui-qəsd təşkil edilib. Dallas şəhərinə səfər edən zamanı ona snayper tüfəngindən iki dəfə atəş açılır. Birinci güllə prezidentin boynuna, ikincisi isə başına dəyir və həyatını itirir. 

13 Aprel 1993-cü ildə Küveytdə çıxış edən Amerika prezidenti Corc Buş (ata Buş) Səddam Hüseynin adamı olduqlarını iddia edən bir qrup terrorçunun bombalı sui-qəsd cəhdinə hədəf olub. Küveyt polisi təcavüzə son anda mane ola bilir. 

Oğul Corc Buş Amerika prezidentliyi dövründə 2 dəfə sui-qəsd cəhdinə hədəf olub. İlk hadisə 2001-ci fevralın 7-də Ağ Evin qarşısında baş verib. Robert Piket adlı ruhi xəstə Ağ Evə yaxınlaşaraq atəş açmış, amma məqsədinə nail ola bilməmişdi. Buşa qarşı ikinci sui-qəsd cəhdi isə 10 may 2005-ci ildə olub. Buş Gürcüstan səfəri zamanı Tiflisdə kütləyə xitab edərkən əl bombası atılıb. Ancaq bomba partlamayıb və erməni əsilli cinayətkar uğursuz sui-qəsd cəhdinin ardından tutulub. 

2008-ci il avqustun 24-də isə Demokratlar Partiyasının Denverdəki Konqresin işə başlamasına 1 gün qalmış 3 ağdərili irqçi həbs olundu. Onlar Demokratların sonradan prezident seçilən namizədi Barak Obamaya qarşı sui-qəsd planlaşdırdıqları üçün saxlanılmışdılar. 

ABŞ-da son sui-qəsd hadisəsi 2016-cı il iyunun 21-də prezidentliyə namizəd Donald Trampa qarşı edilib. Las-Veqasda mitinq zamanı 19 yaşlı Maykl Sendford avtoqraf istəmək adı ilə Donald Trampa yaxınlaşıb, bu zaman  mühafizə xidmətinin əməkdaşının silahını götürməyə cəhd edib. Amma son anda tutulub.

Milli.Az


Etiketlər:  Snayperdən atəş teatrda qətl mən sizin atanızam Onlar necə öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ