Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2022 23:58
Türkiyə Ukrayna böhranına görə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmayacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "Habertürk" telekanalına müsahibəsində deyib.
"Biz Rusiyaya qarşı balanslaşdırılmış siyasət aparırıq. Biz sanksiyalar tətbiq etmirik və buna qarışmayacağıq. Biz öz maraqlarımıza hörmətlə yanaşırıq. Hər kəs körpüləri dağıtsa, sonda Rusiya ilə kim danışacaq? Bizim iqtisadi əlaqələrimiz Rusiya ilə elə bir xarakter daşıyır ki, sanksiyaların tətbiqi Türkiyə iqtisadiyyatına Rusiyadan daha çox zərər verəcək", - deyə Kalın bildirib.