Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zöhrə Ağamirova: Çıxışdan sonra əhval-ruhiyyə çox yaxşıdır

Zöhrə Ağamirova: Çıxışdan sonra əhval-ruhiyyə çox yaxşıdır

Tarix: 20 Sentyabr 2019 18:44

Bakı. Cani Babayeva - Trend:

Çıxışdan sonra əhval-ruhiyyə çox yaxşıdır.

Bunu Trend-ə 2020-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazanmış Azərbaycan gimnastı Zöhrə Ağamirova deyib.

O, öz çıxışından razı qaldığını deyib:

“Fikrimcə, daha yaxşı çıxış edə bilərdim, amma ümumilikdə razı qaldım. Əsas odur ki, mənim məşqçim razı qalsın”.

Gimnast vurğulayıb ki, dünya çempionatı onun üçün mühüm yarışdır və o, bu yarışda böyük təcrübə qazanıb:

“Mən sonuncu çıxışımı, topla hərəkətləri həyəcan olmadan yerinə yetirdim. Alətlərin dördünü də sevirəm, amma topla hərəkət məndə daha yaxşı alınır. Əlbəttə evdə çıxış etmək məsuliyyətlidir, çünki tamaşaçılar baxır, səni dəstəkləyir. Amma evdə çıxış etmək mənim xoşuma gəlir”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.


Etiketlər:  Zöhrə Ağamirova Çıxışdan sonra əhval ruhiyyə çox yaxşıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ