Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qurbanlıq heyvanların qiyməti neçədən başlayacaq? - VİDEO

Qurbanlıq heyvanların qiyməti neçədən başlayacaq? - VİDEO

Tarix: 30 Iyun 2022 05:22

Qurban bayramı ərəfəsində bahalaşacağı, sonra isə ucuzlaşacağı gözlənilir.

Milli.Az xəzər xəbər-ə istinadən xəbər verir ki, söhbət Qurban bayramı ilə bağlı satışa çıxarılacaq heyvanlardan gedir.

Satıcıların sözlərinə görə, Qurban bayramı ərəfəsində heyvanların qiyməti artacaq, amma bayramdan sonra düşəcək.  

Tovuz bazarındakı satıcıların sözlərinə görə, yemin qiymətindəki artım satışa təsir edib. 

Mingəçevir bazarında isə qəssablar bildirir ki, əvvəlki aylarla müqayisədə qiymətlər 1-3 manat bahalaşıb. Bu da qurbanlıq heyvanların satış qiymətində özünü hiss etdirəcək.

Bayram ərəfəsində isə qiymətlərin bir az artacağı istisna edilmir.

Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu il ənənəvi qaydada"Kənddən şəhərə"qurban yarmarkalarının keçirilməsi planlaşdırılır.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, heyvan kəsim məntqələrinə xüsusi nəzarət ediləcək. Məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar qaydalara uyğun kəsilmiş heyvanların satışı həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  Qurbanlıq heyvanların qiyməti neçədən başlayacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ