Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üzündə şampan stəkanını sındırdı, dava saldı - FOTO

Üzündə şampan stəkanını sındırdı, dava saldı - FOTO

Tarix: 1 Iyul 2022 18:24

Amerikalı aktrisa, model Meqan Foksla nişanlısı reper Kolson Beyker arasında mübahisə yaşandığı iddia olunub.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, Nyu-Yorkda konsertdən sonra baş tutan şənlikdə şampan stəkanını üzünə vuraraq sındırıb. Onun texniki işçilərdən birini yumruqladığı, daha sonra gitara sındırdığı bildirilib.

Hadisə şahidlərinin sözlərinə görə, Kolson "O, mənə əhəmiyyət vermir" deyə qışqırıb. Reperin kimi nəzərdə tutduğu bilinməsə də, həmin şəxsin Meqan olduğu düşünülür.

Bundan başqa ifaçı sosial media hesabında qanlı üzünü paylaşaraq "NYC sən mənim qanlı sevgilimsən" sözlərini yazıb.

Milli.Az


Etiketlər:  Üzündə şampan stəkanını sındırdı dava saldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ