Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çiyələk iyi verən asfalt peyda oldu

Çiyələk iyi verən asfalt peyda oldu

Tarix: 2 Iyul 2022 14:24

Rusiyanın bir şəhərində çiyələk iyi verən asfalt-beton örtüyü döşənib.

Sonxeber.net bildirir ki, "İnterfaks" yol komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Leninqrad vilayətinin Vsevolojsk rayonunda qeyri-adi asfalt örtüyü yaranıb.

"Maqnitnaya" stansiyasından Morozov adına kəndə gedən yolun 19 kilometrlik hissəsinə giləmeyvə ətirli 700 metr asfalt örtüyü salınıb. Yolu iyli etmək təklifini ətirli asfalt hazırlayan podratçı şirkət verib.

"Bir çoxları təmir zamanı yayılan həddindən artıq qızmış bitum qoxusunu bəyənmədiyi üçün onu sınamaq qərarına gəliblər", - komitənin mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, aromatın olması asfalt qarışığının keyfiyyətinə təsir etmir.

İrfan Vəliyev


Etiketlər:  Çiyələk verən asfalt peyda oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ