Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2022 22:45
Dünyada yeni koronavirus dalğası başlayıb, lakin hələlik insanlar adi həyatlarına davam edə bilirlər.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri Amerikanın çoxmillətli əczaçılıq şirkəti "Pfizer"in baş direktoru Albert Burla deyib.
"Yeni dalğa yaranır. Peyvəndin dördüncü dozasını hamı qəbul etməyib və bundan əlavə, nəzarət edilməsi daha çətin olan Omikron ştammı yayılmağa davam edir" , - ekspert qeyd edib.
Təşkilat rəhbəri bildirib ki, hər bir ölkənin fərdi xüsusiyyətlərini nəzərə alır və tövsiyələrində həmişə ehtiyatla davranır. Həmçinin Burlaya görə, dövlət rəhbərləri artıq nə etmək lazım olduğunu dəqiq bilirlər.
"Hökumətlərə tövsiyələr vermirəm. Mən onlara məlumat ötürür, onlar isə buna uyğun tövsiyələrini verirlər. İsraildə peyvəndin dördüncü dozası tövsiyə olunur. Hazırda əvvəllər qəbul edilən sosial uzaqlaşdırma tədbirlərinə ehtiyac yoxdur. Bütün dünyada insanlar adi həyatlarına qayıtmağı tələb edirlər, indi bunu etmək üçün hər cür imkan var", - şirkətin baş direktoru əlavə edib.