Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

GƏLİN DƏMLƏMƏSİnin sirri - gözəllik və arıqlama

GƏLİN DƏMLƏMƏSİnin sirri - gözəllik və arıqlama

Tarix: 3 Iyul 2022 23:48

Keçmişdə cəfəri qadın gözəlliyi üçün ən faydalı ot sayılırdı. Bu səbəbdən toya hazırlaşan qızlar tez-tez cəfəri yeyir, bu otun dəmləməsini içir, dəmləmə ilə üzünü yuyurdular.

Saglamolun.az bildirir ki, bu otun dəmləməsini hətta belə də adlandırırdılar - "gəlin dəmləməsi".

Cəfəri dəmləməsi həqiqətən çox faydalıdır:

- orqanizmi ziyanlı maddələrdən təmizləyir

- arıqlamağa kömək edir

- dərinin vəziyyətini yaxşılaşdırır

- ürəyin fəaliyyətinə mübət təsir edir, ürəyə düşən gərginliyi azaldır

- böyrəkləri duzlardan və qumdan təmizləyir

- sakitləşdirir, beyinin fəaliyyətini yaxşılaşdırır

- mübadilə proseslərini yaxşılaşdırır

- orqanizmə iltihab və xərçəng əleyhinə təsir edir

- qanda şəkərin səviyyəsini aşağı salır və bu səbəbdən diabet xəstəliyi zamanı faydalıdır

- soyuqdəymə və qripp zamanı xəstənin vəziyyətini yüngülləşdirir, hərarətin düşməsinə kömək edir.

Cəfəri dəmləməsini hazırlamaq üçün 2 x.q. doğranmış cəfəri (qövdələr də istifadə olunur) termosa qoyulur, üzərinə 1 stəkan isti su tökülür, 1 saat ərzində dəmlənir və gündə 3 dəfə 1/3 stəkan olmaqla yeməkdən 30 dəqiqə əvvəl içilir.

Müalicə kursu - 2 həftə. Sonra 2 həftə fasilə verin və yenə 2 həftə için.

Milli.Az


Etiketlər:  GƏLİN DƏMLƏMƏSİnin sirri gözəllik arıqlama


RƏYLƏR