Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2022 12:25
Əməkdar artist Lalə Məmmədova etdirdiyi plastik əməliyyatlardan danışıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, müğənni bu haqda "Şourum" proqramında danışıb. O bildirib ki, bir neçə ay əvvəl bıçaq altına yatıb:
"Üç-dörd ay əvvəl əməliyyat etdirdim. Bədənimə incə toxunuşlar oldu. Bədənşəkilləndirmə etdim. İlk əməliyyatım deyildi. Hissə-hissə edirəm. Sayını itirmişəm. Yaşla əlaqədar lazım gəlsə, yenə əməliyyat masasına oturaram. Üzüm qırışanda, sallananda etdirərəm".
Qeyd edək ki, L.Məmmədova bundan əvvəl də bir neçə dəfə plastik əməliyyat etdirib.