Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Köpəkbalığı qıza hücum edərək ayağını qoparıb

Köpəkbalığı qıza hücum edərək ayağını qoparıb

Tarix: 4 Iyul 2022 19:56

ABŞ-da köpəkbalığı sahildə okeanda üzən qıza hücum edərək ayağını qoparıb.

Sonxeber.net bildirir ki, bu barədə CBS News xəbər verir.

Hadisə Florida ştatının Kiton Biç şəhərində baş verib. Qız sahilə yaxın yerdə oynayarkən köpək balığının hücumuna məruz qalıb. Hücumun şahidi olan uşağın qohumlarından biri qaçaraq suya girib və köpək balığına vurmağa başlayıb. Nəticədə yırtıcı balıq qızı buraxaraq uzaqlaşıb.

Gənc amerikalı xəstəxanaya aparılıb, həkimlər uşağın yaralı ayağını xilas etməyin mümkün olmayacağı qənaətinə gəliblər və onu amputasiya ediblər. Hazırda zərərçəkənin həyatı üçün təhlükə yoxdur.

Səlahiyyətlilər qıza hansı köpəkbalığının hücum etdiyinin hələ aydın olmadığını desələr də, şahidlər yırtıcı heyvanın təxminən üç metr uzunluğunda olduğunu bildiriblər.

2021-ci ilin yanvarında dərc edilən hesabata görə, üç illik azalmadan sonra dünyada köpək balıqlarının insanlara hücumlarının sayı artmağa başlayıb. ABŞ-da Florida üzgüçülər üçün ən təhlükəli əyalət olaraq qalır və köpəkbalığı hücumlarının təxminən 40 faizi burada baş verir.

İrfan Vəliyev


Etiketlər:  Köpəkbalığı qıza hücum edərək ayağını qoparıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ