Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ'' bizə hörmət etməlidir'' - ''Lex''in baş məşqçisi

''Qarabağ'' bizə hörmət etməlidir'' - ''Lex''in baş məşqçisi

Tarix: 5 Iyul 2022 08:40

"Çempionlar Liqasında zəif rəqib yoxdur. "Qarabağ"a hörmətlə yanaşmalıyıq".

Bu sözləri Polşanın "Lex" klubunun baş məşqçisi Con van den Brom Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

Niderlandlı mütəxəssis Ağdam klubu ilə oyunun asan olmayacağını bildirib: "Həqiqətən çox yaxşı komandadır. Ötən mövsüm Konfrans Liqasında nələr etdiklərini görmüşük. Amma rəqib də bizə hörmət etməlidir. Bütün futbolçular yaxşı formadadırlar. Azərbaycan çempionuna qarşı 2 oyun keçirəyik. Asan olmayacaq".

Qeyd edək ki, Pozdnanda keçiriləcək "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Milli.Az


Etiketlər:  Qarabağ bizə hörmət etməlidir Lexin baş məşqçisi


RƏYLƏR