Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2022 16:32
Rusiyanın Ukraynaya qarşı apardığı müharibə nəticəsində Kiyev vilayətində ölənlərin sayı açıqlanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Kiyev vilayətinin hərbi administrasiyasının rəhbəri Oleksiy Kuleba "RBK - Ukraina"ya müsahibəsində deyib.
"Rusiyanın təcavüzü nəticəsində rəsmi olaraq bu gün ölmüş hesab etdiyimiz mülki şəxslərin sayı 1339 nəfərdir. 700-ə yaxın insanın silahla öldürüldüyü, yəni güllə yaralarının olduğu sənədləşdirilib. Amma bu rəqəm, təəssüf ki, hər həftə artır, çünki yeni hallar aşkarlanır", o deyib.
Kiyev vilayətinin hərbi administrasiyasının məlumatına görə, vilayətdə 26 minə yaxın obyekt zədələnib və ya dağıdılıb ki, onlardan 5 minə yaxını fərdi ev və təxminən 170-i hündürmərtəbəli bina olub. Həmçinin 4 məktəb, 6 uşaq bağçası və iki xəstəxana tamamilə dağıdılıb.