Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azarkeş: Azərbaycanlı gimnast Zöhrə Ağamirova gənc idmançılar üçün örnəkdir

Azarkeş: Azərbaycanlı gimnast Zöhrə Ağamirova gənc idmançılar üçün örnəkdir

Tarix: 21 Sentyabr 2019 16:00

Bakı. Cani Babayeva - Trend:

Azərbaycanlı gimnast Zöhrə Ağamirova gənc idmançılar üçün örnəkdir.

Bunu Trend-ə bədii gimnastika 37-ci dünya çempionatına azarkeşlik edən İlahə Ağayeva deyib.

Xatırladaq ki, ötən gün Azərbaycan gimnastı Zöhrə Ağamirova 2020-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Azarkeş bu nailiyyətinə görə Zöhrə Ağamirovaya təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb: "Zöhrə bizim gənc idmançılar üçün örnəkdir. Onun uğurlarını görən hər bir gəncimiz qarşısına hədəf qoyaraq böyük zirvələri fəth edəcək".

İlahə Ağayeva qızının da bu idman növü ilə məşğul olduğunu vurğulayıb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").


Etiketlər:  Azarkeş Azərbaycanlı gimnast Zöhrə Ağamirova gənc idmançılar üçün örnəkdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ