Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göygöldə baş həkimi şantaj edən baş redaktor tutuldu

Göygöldə baş həkimi şantaj edən baş redaktor tutuldu

Tarix: 6 Iyul 2022 12:08

Göygöldə vəzifəli şəxsləri şantaj edən baş redaktor saxlanılıb.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində cari ilin iyun ayı ərzində Rayon Mərkəzi Xəstəxanasının direktoru V.Əliyevə, xəstəxananın şöbə müdiri Ə.Alıyevə, həkimi R.Əkbərova və Goranboy rayon Suvarma Sistemləri İdarəsinin müdiri İ.Məhərrəmova barələrində rüsvayedici məlumatlar yaymaqla hədə-qorxu gəlib müxtəlif məbləğlərdə pul tələb etməkdə şübhəli bilinən "Demokratik.az" saytının baş redaktoru, Göygöl şəhər sakini Osman Rzayev tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (Hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Milli.Az


Etiketlər:  Göygöldə baş həkimi şantaj edən baş redaktor tutuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ