Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Meymunçiçəyi analizi necə götürüləcək: burundan, yoxsa yaradan? - VİDEO

Meymunçiçəyi analizi necə götürüləcək: burundan, yoxsa yaradan? - VİDEO

Tarix: 6 Iyul 2022 18:00

Meymunçiçəyi xəstəliyi ilə bağlı testlər ölkəmizə gətirilib və hazırda  Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində saxlanılır. Bəs səhhətində bu xəstəlik ilə bağlı hər hansı bir şübhəli hal ilə qarşılaşan vətəndaşlar bu testlərdən harada və necə istifadə edə bilər ? Ümumiyyətlə, bu xəstəliyin xüsusi bir müalicə üsulu varmı?

Milli.Az Xəzər xəbər-ə istinadən xəbər verir ki, meymunçiçəyi ilə bağlı ölkəmizə gətirilən 3 min ədəd test hazırda Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində, yəni Taun Əleyhinə Stansiyada saxlanılır. 

Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyevanın sözlərinə görə, testlər  heç bir xəstəxanaya  paylanmayacaq. Yalnız yaxmaların götürülməsi üçün tibb müəssisələrinə xüsusi ləvazimatlar veriləcək. Əgər vətəndaş özündə bu xəstəlik ilə bağlı hər hansı bir hal aşkar edərsə o zaman ya təcili tibbi yardıma, ya da ərazi üzrə dövlət  tibb müəssisələrinə müraciət edərək, simptomlar barəsində məlumat verməlidir.

Afaq Əliyevanın sözlərinə görə, xəstəliklə bağlı hər hansı şübhəli halın aşkar edilməsi, laborator diaqnostikanın aparılması, yaradan yaxmanın götürülərək laboratoriyaya çatdırılaması ilə bağlı tibb işçiləri müəyyən təlimlərə cəlb olunaraq, bu sahə üzrə tam məlumatlandırılıb. O ki qaldı xəstəliyin müalicəsinə, bu mümkündür. 

Qeyd edək ki, suçiçəyinin səpkilər xırda və səthi olduğu, hava-damcı yolu ilə yoluxduğu halda, meymunçiçəyində səpkilər daha dərin, irinli olur  və uzunmüddətli yaxın təmas nəticəsində yoluxur. 

Milli.Az


Etiketlər:  Meymunçiçəyi analizi necə götürüləcək burundan yoxsa yaradan VİDEO


RƏYLƏR