Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2022 16:42
Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrində monitorinqlər davam etdirilir.
Nazirlikdən Milii verilən məlumata görə, aparılan monitorinqlər nəticəsində çalışmanın yaş həddinə çatmış 30 müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib.
Həmçinin, qeyd edilir ki, həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub.