Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın tənbəl ərindən qisas almağın yolunu tapıb

Qadın tənbəl ərindən qisas almağın yolunu tapıb

Tarix: 8 Iyul 2022 18:32

TikTok istifadəçisi olan təmizləyici blogger @MrsMessy ev işləri görməkdən imtina edən tənbəl ərindən qisas almağın yolunu tapıb.

Sonxeber.net bildirir ki, video "New York Post"da yayımlanıb.

Qadın təkbaşına hər şeyi qaydasına salmaqdan, paltar yumaqdan, ütüləməkdən, hesabları ödəməkdən bezdiyini deyib və təcrübə xatirinə bir ay təmizlik işlərini dayandırmağa qərar verib. Beləliklə, o, ərinə gündəlik həyatda iştirak etmədiyini nümayiş etdirmək istəyib.

Nəticədə, ev tez bir zamanda zibilliyə çevrilib: otaqlar çirkli paltarlarla dolu idi, hər yerdə qarışıqlıq hökm sürürdü və mətbəxdə çoxlu çirkli qab-qacaq var idi. Adam tez bir zamanda nəyinsə səhv olduğunu anlayıb və arvadını tənbəllikdə və heç nə etməməkdə ittiham edib. Sonra zibil torbasına yuyucu vasitələr toplamağa başlayıb, çünki fikirləşdiyi kimi, onlar artıq həyat yoldaşına faydalı olmayacaqdı.

Sonda qadının əri zibil sınağına dözməyib üç həftəyə anasının yanına gedib. Qadın etiraf edib ki, onun getməsinə sevinir, dinclik və sakitlikdən zövq alır.

Şərhçilər videonun müəllifinə ərindən boşanmağı məsləhət görüb və onu eqoist adlandırıblar.

İrfan Vəliyev


Etiketlər:  Qadın tənbəl ərindən qisas almağın yolunu tapıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ