Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bərdə xəstəxanasında ana doğuşdan sonra ölüb

Bərdə xəstəxanasında ana doğuşdan sonra ölüb

Tarix: 9 Iyul 2022 10:40

Bərdə rayonunda ana doğuşdan sonra ölüb.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə ötən gün baş verib.

Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən Tərtər rayonu Əskipara kənd sakini, 24 yaşlı Əsədova Sahilə Natiq qızı qeysəriyyə əməliyyatından bir neçə gün sonra dünyasını dəyişib.

O, iyulun 5-də uşaq dünyaya gətirmək üçün xəstəxanaya müraciət edib. S.Əsədova qeysəriyyə əməliyyatından sonra böyrək çatışmamazlığı diaqnozu ilə xəstəxanada saxlanılıb. O, ötən gün xəstəxanada dünyasını dəyişib.

Xəstəxanadan bildirilib ki, S.Əsədovanın dünyaya gətirdiyi körpənin vəziyyəti yaxşıdır, səhhətində heç bir problem yoxdur.

Bu S.Əsədovanın ikinci hamiləliyi olub.


Etiketlər:  Bərdə xəstəxanasında doğuşdan sonra ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ