Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2022 15:54
Bakıda ərini bıçaqlamaqda təqsirləndirilən Şəfiqə Babaşovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Sonxeber.net xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu ilin fevral ayında paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib. Belə ki, qəsəbə sakini, 45 yaşlı Şəfiqə Babaşova aralarında yaranmış münaqişə zəminində əri, 48 yaşlı Gəncalı Babaşovu bıçaqlayıb. Qarnından bıçaq xəsarəti alan kişi xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən Ş. Babaşova saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.