Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ehtiras anatomiyası'' serialına baxan qız diaqnozunu tapdı

''Ehtiras anatomiyası'' serialına baxan qız diaqnozunu tapdı

Tarix: 9 Iyul 2022 20:36

22 yaşlı israilli qız Emili Levi uzun illərdir ona əziyyət verən nadir xəstəliyinin diaqnozunu özü təsadüfən tapıb.

Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, 12 yaşından bilək, dirsək, çiyin ağrısından əziyyət çəkən qızın sonradan çiyin, çənə, bud, bilək sümüklərində tez-tez çıxıqlar baş verməyə başlayır.
Həkimlərə getsə də onun diaqnozunu qoya bilmirdilər.

Lakin məşhur "Ehtirasın anatomiyası" serialına baxarkən, 13-cü sezonda bir epizodda qız həkimlərin eyni simpromları olan xəstəyə diaqnoz qoyduğunu görür.

O, anlayır ki, onda da Elers sindromu-nadir genetik xəstəlik ola bilər.

Bu sindrom zamanı xəstənin oynaqları çox yumşaq, hərəkətli, dərisi isə çox elastik olur.

Serialda qəhrəmanlardan birini də adi hərəkətdən tez-tez oynaq çıxıqları narahat edirdi.

2019-cu ildə Leviyə nadir irsi genetik xəstəlik diaqnozu qoyulur.

2020-ci ildə avtomobil qəzasına düşən Emili sürüşkən qanbırğa sindromundan da əziyyət çəkməyə başlayıb.

Səhhətindəki problemlər qızı həkim olmağa ruhlandırır. O, dostu cərrahla İsraildə klinika açıb.


Etiketlər:  Ehtiras anatomiyası serialına baxan qız diaqnozunu tapdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ